Aktyor Fərda Xudaverdiyev əməliyyat olunacaq.
Gununsesi.info xəbər verir ki, yumorist bu haqda “ATV maqazin onlarla” verilişində açıqlama verib:
“İllərin yorğunluğundan səsimdə problem yaranıb. Həkimlər səs tellərimdə düyüm aşkar etdilər. Çox güman ki əməliyyat olacağam. Əlimdə olan filmi təhvil verəndən sonra əməliyyat masasına uzanacağam. 20 gün danışmaq imkanım olmayacaq. Səsimin bərpa olması üçün danışmağa icazə yoxdur. Səsimin korlanmasına səbəb mikrofon oldu. Stand-up şoularda istifadə olunan mikrofon Azərbaycanda yoxdur. Bizdəkilər bərbaddır, bu da məni əsəbləşdirdiyi üçün səhnədə mikrofonu yerə qoyub danışıram. Səsimdəki problemi hiss edib, müayinəyə getdim. O zaman xəstəliyim məlum oldu”.
Aktyor Türkiyədəki çəkildiyi filmdən də bəhs edib: “Rol aldığım film “Aşka gəldik” adlanır. Sevinirəm ki, filmdə rola alan yeganə azərbaycanlı aktyor mənəm. Filmdən aldığım qonorar Azərbaycandakından iki dəfə aşağıdır. Sadəcə olaraq filmin ssenarisi, çəkiliş və aktyor heyətini çox bəyəndiyim üçün razılıq verdim. Türkiyədə filmdə rol almaq arzum idi. Çəkiliş meydançasına gedəndə hamı məni tanıyırdı. Əvvəldən azərbaycanlı aktyorun rol alacağını bildikləri üçün internetdə araşdırmışdılar. Məni tanıyırmış kimi davrandılar, serialımdan, stand-up şoumdan, verilişimdən danışdılar. Tezliklə film nümayiş olunacaq”.
Gununsesi.info