Fərda Xudaverdiyev əsəbləşdi: “Azca özümüzə dəyər verək”

  • By admin
  • 19 Sentyabr 2016 14:42

selfin

Bu yaxınlar “Selfinaz” adlı  konsertlə çıxış edən Fərda Xudaverdiyev tənqid olunub.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, türkiyəli aktyor Cem Yılmazı təqlid etdiyinə görə  izləyicilər onu tənqid atəşinə tutaraq dizaynın oğurluq olduğunu bildiriblər. BUndan səbləşən Fərda bu barədə social şəbəkədə cavab verib:

“ “Dekor Cem Yılmazdan götürülüb” deyən hər kəsə bir sözüm var… Əzizlərim, bu mənim deyil, konsertimi təşkil edən türk şirkətinin istəyidir. Mən sadəcə qonorar qarşılığında çıxışımı etmişəm. Dincəlin, qurban olum. Mən 2003-cü ildə “Tək səbrdə” monoloq deyəndə heç biriniz Cem Yılmazı tanımırdınız, azca çox azca özümüzə dəyər verək. Cem Yılmazı Cem Yılmaz edən onun xalqı və jurnalistləridir”.

Gununsesi.info