Fərda Xudaverdiyev: “Həmin şəxslər mən tərəfdən təhqir olunacaq”

  • By admin
  • 02 Sentyabr 2016 13:50

ferda

Aktyor Fərda Xudaverdiyev sosial şəbəkədə onun səhifəsi vasitəsilə reklam qazanan digər səhifələrə müraciət edib.

Gununsesi.info xəbər verir ki, aktyor əsəbləşərək bu adımı atanları sərt tənqid edib.

“Mənim yerləşdirdiyim şəkil və ya videoların altında icazəsiz öz məhsullarını və ya xidmətlərini qanacaqsız və mədəniyyətsiz formada birbaşa yerləşdirən şəxslər və ya şirkətdir ya nədirsə,  bu gündən etibarən mən tərəfdən təhqir olunacaq buna əmin ola bilərsiniz. Çünki bu mənim şəxsi səhifəmdir. Bura bazardı?İnsanın mədəniyyəti olar öncə salam yazıb icazə alar. Şirkət açmısansa maliyyə ayır normal reklam et. Bunu sırğa edib asın qulağınızdan. Məni sevənləri isə təstəkləyirəm”.

Gununsesi.info