Fərdi evdə baş verən yanğın nəticəsində 7 nəfər öldü- RUSİYADA

Fərdi evdə baş verən yanğın nəticəsində 7 nəfər öldü

yanan-ev-yangin-yanqin-yangin

Rusiyanın İrkutsk vilayətinin Bratsk şəhərində fərdi evdə baş verən yanğın nəticəsində 7 nəfər ölüb. 

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-nin məlumatında bildirilir.

Hadisə “Jeleznodorojnik” bağlar yaşayış massivində baş verib.

Elektrik naqillərdə qısaqapanmanın yanğına səbəb olduğu ehtimal olunur.

Yanğın gecə 03.00 radələrində baş verib. Hadisənin səbəbləri araşdırılır.

Gununsesi.info

COMMENTS