
Prodüser İosif Priqojin Azərbaycan əsili iş adamı Fərhad Əhmədovla söhbətinin sızdırıldığı iddia edilən səs yazısı haqqında danışıb.
Gununsesi.info-nun xəbərinə görə, Rusiya mediasına açıqlamasında Priqojin qeyd edib ki, bu səsin ona heç bir aidiyyəti yoxdur: “Bu səs yazısı saxtadır və mənim səsinə oxşamır. Bu gün internet “böyük zibilliyə” çevrilib və istənilən şəxsi gözdən salmaq imkanı var”.
Prodüser vəziyyəti son dərəcə xoşagəlməz adlandıraraq, mövqeyini dəyişmədiyini və bunu etmək fikrində olmadığını qeyd edib. O, aksiyanın məqsədinin prezidentin tərəfdarları arasında dava salmaq olduğunu irəli sürüb.
Priqojin Əhmədovla tanış olduğunu deyib: “Ancaq çoxdandır əlaqə saxlamarıq. Mən reanimasiyaya düşəndən sonra Əhmədov tibb müəssisəsində qalmağının pulunu ödəməklə həyatımı xilas edib”.
Ancaq rusiyalı produserin bu açıqlaması ciddi qarşılanmayıb. Rusiya mediasında onun bu açıqlamasını özünü Putinin qəzəbindən müdafiə cəhdi kimi qiymətləndiriblər.
Tərcümə:
Şəbnəm