Fərhad Əliyevə yüksək vəzifə verildi -TƏYİNAT

  • By admin
  • 31 Mart 2021 23:56

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) 3 törəmə şirkətinə yeni direktor təyin edilib.

İndiyə qədər “STP Alüminium” və “STP-AH” MMC-lərə rəhbərlik edən, Parkın keçmiş direktoru Rauf Atakişiyev bu vəzifələrindən də kənarlaşdırılıb, şirkətlərə rəhbərlik müvafiq olaraq Fərhad Əliyevə və Kunuralp Yurterə həvalə olunub.

HTML tutorial

Bundan başqa  “STP Global Cable” MMC-nin direktoru dəyişib. Bu vəzifədə İdris Mustafayevi Abdurrahman Gungor əvəz edib.

STP-nin 4-cü törəmə şirkəti – “STP Metal Structures” MMC-nin direktoru Fərid Ağayev isə vəzifəsində saxlanılıb.

Qeyd edək ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) 3 törəmə şirkətinə yeni təyin olunan direktor Fərhad Əliyev sabiq iqtisadi inkişaf naziridir.

Gununsesi.info