Fəridə Əzizova: “İslamiadada da qızıl medallar qazanacağıq”

  • By admin
  • 07 Aprel 2017 00:12

feride ezizova

IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarında güclü idmançılar mübarizə aparacaqlar. Üstəlik, idmanın bu növü üzrə qaydalarda dəyişikliklər edilib. Hətta çox yüngül toxunuşda da xal hesablanır. Buna görə də idmançılarımız yarışlarda son dərəcə diqqətli olmalı, qarşılaşmalara ciddi hazırlaşmalıdırlar.

Gununsesi.info-nun məlumatına görə, bu fikirləri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri, taekvandoçu Fəridə Əzizova deyib.

İdmançı bildirib: “Bu yarışda İslam ölkələrindən güclü, titullu rəqiblərimiz çox olacaq. Onlara qarşı ciddi hazırlaşırıq. Rio Olimpiadasında taekvando komandamız üç medal qazanıb. Ona görə də IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışında da medalların əyarlarının yüksək olacağını düşünürük. Həmçinin birinci Avropa Oyunlarının nəticələrinə baxsaq, bir daha əmin ola bilərik ki, İslamiadada da qızıl medallar qazanacağıq”.

Gununsesi.info