“Fransanın Cənubi Qafqaz üzrə siyasəti heç də davamlı sülhə, təhlükəsizliyə xidmət etmir”.
Gununsesi.info xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) idarə heyətinin sədri Fərid Şəfiyev Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından ötrü səylər göstərir.
“Ancaq Fransa Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına fərqli münasibət göstərir”, – deyə o əlavə edib.
F.Şəfiyev qeyd edib ki, Qoşulmama Hərəkatı sülhə, təhlükəsizlik çağırışlarına cavab verən vacib bir platformadır.
Qeyd edək ki, iyulun 5-də Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər iclası öz işinə başlayıb.
Tədbir bu gün yekunlaşacaq.
Gununsesi.info