
Milli Məclisin deputatı Sevinc Fətəliyeva noyabrın 9-dan 11-dək Böyük Britaniyanın Vest Sussex şəhərində səfərdə olacaq.
Parlamentin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, deputat Avropa Şurası Parlament Assambleyası çərçivəsində təşkil olunan “Uşaqların zorakılıqdan qorunması: effektiv strategiya üçün növbəti addımlar” mövzusunda tədbirdə iştirak edəcək. O, AŞPA-nın sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaqlar üzrə baş məruzəçisi qismində tədbirə qatılacaq.
Milli Məclisin deputatı yığıncaqda mövzu ilə bağlı fikirlərini bildirəcək, təkliflərini verəcək.
Gununsesi.info