Fətullah Gülən ABŞ-dan qaçmağa çalışır - O, BRAZİLİYADAN SIĞINACAQ İSTƏYİB

  • By admin
  • 11 May 2017 12:07

1383730231fethullah-gulen

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri ərəfəsində bu ölkənin Pensilvaniya ştatında məskunlaşmış Fətullah Gülənlə bağlı yeni sənəd açıqlanıb.

Gununsesi.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hazırda ABŞ-da olan ədliyyə naziri Bəkir Bozdağın Amerika rəsmilərinə tədqim etdiyi sənəddə FETÖ-çu liderin Braziliyaya və ya Argentinaya qaçacağı bildirilir.

Sənəddə Fətullah Gülənin bir neçə cinayətdə, o cümlədən ötən il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunduğu deyilir.

Ekstradasiya sənədində Fətullah Gülənin artıq Braziliyadan sığınacaq istədiyi, onun Braziliya və ya Argentinaya qaçmağa hazırlaşıdığı barədə kəşfiyyat xəbərləri əksini tapıb.

Gununsesi.info