Fətullah Gülən Rusiyaya ektradisiya edilə bilər?

  • By admin
  • 05 Aprel 2018 23:42


ABŞ Fətullah Güləni əsla Rusiyaya ekstradisiya etməz.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının üzvü Viktor Nadein-Rayevski deyib.

“Biz bununla bağlı Vaşinqtona müraciət etsək belə qəbul etməz. Birincisi, ABŞ heç vaxt bizə kimisə təslim etməyib. İkincisi, bu və ya digər şəxsin ekstradisiya edilməsi üçün tutarlı dəlillər lazımdır. Bəs Türkiyəyə ekstradisiya edilə bilərmi? Ümumiyyətlə, ABŞ-ın öz vətəndaşlarını hər hansı ölkəyə təslim etməsi nadir görünən haldır. Gülənin “Green Card”ı (Yaşıl kart) var. Əlbəttə bu, vətəndaşlıq deyil, lakin o anlama gəlir. ABŞ-ın öndə gələn şəxslərindən 700 nəfər “Green Card”a müraciət etdi. Gülən 2000-ci illərin əvvəllərində bu karta sahib oldu”, – deyə Nadein-Rayevski bildirib.

Qeyd edək ki, Ankara məhkəməsi rus səfir Andrey Karlovun öldürülməsi ilə bağlı Fətullah Gülən və bir neçə yaxın silahdaşı barədə həbs qərarı verib.

Gununsesi.info