
Amerikada yaşayan türklər Fətullahçı Terror Örgütünın (FETÖ) hərbi çevriliş cəhdinə etiraz olaraq Fətullah Gülənin Pensilvaniyadakı evin qarşısında aksiya keçriəcəklər. Gununsesi.info “Anadolu”ya istinadən xəbər verir ki, FETÖ-nun bu çevriliş cəhdinə qarşı Vaşinqton, Nyu-Yorkda və digər bölgələrdən türklər Pensilvaniyaya gəlməkdədirlər. Bu aksiyada təkcə türk vətəndaşları deyil, eyni zamanda Amerikada yaşayan digər müsəlman toplumları da Türkiyədə baş verən olaya etiraz və Ərdoğanı dəstəkləmək üçün Pensilvaniyaya gələcəklər. Aksiya günorta saatlarına başlanacaq. Amerikada yaşayan türklər İstambul və Ankarada baş verən hadisələrdən sonra Vaşinqtonda Ağ evin qarşısına və Nyu-Yorkda Times meydanına çıxaraq çevriliş cəhdinə öz etirazını bildirib.
Gununsesi.info