Fətullah Gülənin qardaşı oğlu həbs olundu

  • By Mayil
  • 16 May 2017 16:44

unnamed (7)
Sakaryada Fətullahçı Terrör Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin qardaşı Saleh Gülənin oğlu Şamil Gülən ədliyyəyə sövq edilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fətullahçı Terrör Təşkilatı /Paralel Dövlət Yapılanması (FETÖ/PDY) ilə bağlı açılan cinayət işi əsasında Şamil Gülən ədliyyəyə gətirilib.

Belə ki, mayın 4-də Kocaelidə tutulan Ş. Gülənin barəsində Sakarya Prokurorluğu tərəfindən aparılan istintaq işi tamamlanıb.

Yenikənd Dövlət Xəstəxanasında tibbi müayinədən keçən Ş. Gülən ədliyyəyə aparılıb.

Anar
Gununsesi.info