Fətullahçı zəngin generalın malı müsadirə edilib

Fətullahçı zəngin generalın malı müsadirə edilib

general 

Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdiylə bağlı istintaq çərçivəsində həbs olunan və Türk Silahlı Qüvvələrindən (TSK) xaric edilən sabiq Baş qərargah Personal Başçısı General-leytenant İlhan Talunun adına Ankarada qeydə alınan  Ankara Gölbaşı İncek Məhəlləsində 17 mərtəbəli 10, 18 mərtəbəli 3, 25 mərtəbəli 5 dəmir-beton ev və torpaq sahəsi olduğu müəyyən olunub.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Maliyyə Cinayətləri  Araşdırma heyəti (MASAK), Ankara Baş Prokurorluğunun tələbi üzərinə Talunun əmlakıyla bağlı hesabat hazırlayıb.

Baş prokurorluğa göndərilən hesabatda bildirilib ki,  Sənəd və kadastr Ümumi Müdirliyi Bazası (TAKBİS) qeydlərinə görə, Talunun adına qeydli evlər və torpaq sahələrinin “özəlləşdirmə tarixi” 4 Avqust 2015-ci il göstərilib.Talunun üzərinə qeydli, xarici ölkə istehsalı olan  2014-cü il  modelli bir avtomobil ilə müxtəlif banklarda 21 ayrı-ayrı hesablarda  Türk Lirəsi, ABŞ dolları, avro və Yapon iyeni hesabı olduğu  təsbit edildi. Ancaq onun  nə qədər pulu olduğuna dair məlumat verilməyib.

Hesabatda ayrıca, Türkiyə Vəqflər Bankı Sancak şöbəsi üzərində Talunun həyat  yoldaşının vəkalətlə əməliyyat aparma səlahiyyəti olduğu da qeyd edilib.

Gülnaz Qənbərli

Gununsesi.info

COMMENTS