
Türkiyə Prezidenti Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Zəfər Günü ilə bağlı paylaşım edib.
“Eyni kədəri və eyni sevinci paylaşaraq, iki dövlət, bir millət ruhu ilə hər zaman çiyin-çiyinə addımladıq. Keçən il bu müqəddəs yürüş zəfərlə taclandı” – deyə o, qeyd edib.
İdarə rəisi erməni işğalı altındakı torpaqların azərbycanlılar tərəfindən böyük bir dirəniş ruhuyla azadlığa qovuşduğunu bildirərək “Qarabağımıza salam olsun!”, – yazıb.
Gununsesi.info