Fəzail Ağamalı: “Almaniyaya öz qəti etirazımızı bildirməliyik”

  • By admin
  • 14 İyun 2016 14:26

fazail_agamali_141015

 

Milli Məclis Almaniyaya etirazını bildirməlidir. Gununsesi.info xəbər verir ki, belə bir təkliflə Milli Məclisin növbədənkənar sessiyasında millət vəkili Fəzail Ağamalı çıxış edib. Onun sözlərinə görə, iyunun 2-də Almaniya Bundestaqının uydurma erməni soyqrımı ilə bağlı qərarına Azərbaycan prezidenti İlham Əliyevin kəskin mövqeyi olub: “Ancaq parlamentin belə bir mövqeyi olmayıb. Bizim Almaniya bundestaqının belə bir qərarının Azərbaycan parlamentində qaldırılmaması düz olmaz və hesab edirəm ki, bu məsələyə mütləq mövqe bildirməliyk. Biz ya Azərbaycan-Almaniya parlamentlərarası dostqluq qrupu və yaxud da pelanar iclasda müazkirə edib mütləq öz qəti etirazımızı hansısa formada bildirməliyik”.

 

Mürtəza