Fəzail Ağamalı: Azərbaycan Kəşmir məsələsində Pakistanın yanındadır

Müstəqillik qazandıqdan bu günə qədər bütün platformalarda Pakistan Azərbaycanın yanında olub, onun haqq işini müdafiə edib.

Gununsesi.info xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Fəzail Ağamalı deyib.

HTML tutorial

Deputat əlavə edib ki, istər Birinci Qarabağ savaşında, istərsə də Vətən müharibəsi zamanı Pakistanın Azərbaycana dəstəyinin şahidi olduq: “Pakistanın hökumət başçısı son müharibə zamanı Ermənistanın təcavüzkar siyasətini sərt tənqid etdi. Bu cür münasibətlər, yanaşmalar və müdafiə Azərbaycanın beynəlxalq səviyyədə təklənməsinin qarşısını alır. Mən Pakistan dövlətinə, dövlət başçılarına və xalqına dərin təşəkkürümü bildirirəm”.

F.Ağamalı deyib ki, bundan sonra Pakistanla Azərbaycan arasında bütün səviyyələrdə münasibətlər daha da inkişaf etdirilməlidir: “Elə parlamentlər səviyyəsində də bizim qarşılıqlı səfərlərimizin olması müsbət hadisə olardı. Bu qardaşlıq və dostluğumuzu daha da dərinə aparardı. Hesab edirəm ki, bu hər iki ölkənin maraqlarına uyğundur”.

F.Ağamalı söyləyib ki, Azərbaycan Kəşmir məsələsində Pakistanın yanında olub, necəki Pakistanda Qarabağ məsələsində Azərbaycanın yanında olub.