Fəzail Ağamalı İlham Əliyevi təbrik edib

  • By admin
  • 24 Dekabr 2022 11:57

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ,
ZATİ-ALİLƏRİ, CƏNAB İLHAM ƏLİYEV

Zati – Aliləri, cənab prezident!
Sizi, xalqımızın milli iftixarını, Dünya şöhrətli dövlət xadimini, siyasətçisini və mahir diplomatını, 44 günlük Zəfərlə xalqımızı müzəffər xalqa, dövlətimizi qalib dövlətə çevirən istedadlı sərkərdəni, Türk dünyasının alternativsiz liderini doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, şərəfli vəzifənizdə uğurlar arzulayıram.
Sizin Ulu Öndərimiz Heydər Əliyevin fundamental siyasi xəttinə söykənən və milli maraqlarımıza xidmət edən siyasətiniz qısa zaman kəsiyində müstəqil Azərbaycan dövlətinə Beynəlxalq aləmdə böyük nüfuz qazandırmış, onun dünyada yüksək mövqe tutmasını təmin etmiş və ölkəmizi regionun lider dövləti səviyyəsinə qaldırmışdır. Azərbaycanın bütün sahələrdə əldə etdiyi ciddi uğurlar, müdafiə qabiliyyətimizin gücləndirilməsi, iqtisadiyyatımızın davamlı inkişafı, sosial problemlərin sürətlə aradan qaldırılması, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması, cəmiyyətimizin dеmоkratikləşməsi və bütün bunların ardıcıl xarakter daşıması Sizin əməli işinizin, prinsipial və gərgin əməyinizin məntiqi nəticəsidir.
Erməni faşistləri üzərində qələbəmizin şəriksiz müəllifi kimi Siz, zəfərimizdən sonra da Dünya erməniliyinə və onları himayə edən ədalətsiz qüvvələrə qarşı qətiyyətli iradənizi ortaya qoymuş, ölkəmizə yönələn bütün məkrli planların reallaşmasının qarşısını məharətlə almış,Xankəndi və onun ətrafındakı ərazilərimizdə də suverenliyimizin təmin olunmasında ciddi uğurlara imza atmısınız.
Möhtərəm, cənab prezident!
Sizi bir daha doğum gününüz münasibətilə öz adımdam, ailəm və Ana Vətən Partiyasının çoxsaylı üzvləri adından təbrik edir, Uca Tanrıdan Sizə və ailənizə möhkəm can sağlığı və xoşbəxtlik, müqəddəs fəaliyyətinizdə uğurlar diləyirəm.
Fürsətdən istifadə edərək, icazənizlə yaxınlarda ailə qurmaqla Sizə, Mehriban xanıma, bacılarına və ailənizə saf və səmimi duyğular bəsləyən milyonlarla soydaşımıza əvəzsiz sevinc yaşadan Heydər bəyi də ürəkdən təbrik edir, xoşbəxt və sağlam ömür arzulayıram.

Dərin hörmət və ehtiramla

Fəzail Ağamalı