“Bu dəqiqələrdə “qanuni oğru”ları Azərbaycan gənclərinə nümunə göstərən, təyinatlı deputat Fəzail Ağamalı mobil telefonu ilə mənə zəng edib hədə qorxu gəldi. Doğrudan da bu “deputat” deyəsən Azərbaycanın oğru qanunları ilə idarə edildiyini düşünür”.
Gununsesi.info xəbər verir ki, bunu tanınmış vəkili Aslan İsmayılov öz “Facebook” səhifəsində yazıb.
“Onun haqqında kifayət qədər məlumat olduğundan kimliyini açıqlamayacam. Bundan əvvəlki yazımda dediklərimi isə bir daha təkrarlayıram. Fəzail Ağamalı etiraz olacağı təqdirdə heç vaxt, guya seçildiyi Salyan seçicilərinin qarşısına çıxıb onları sakitləşdirə bilməz, çünki onu onlar seçməyib. Mənim cəsarətimə isə Fəzail Ağamalı heç vaxt şübhə etməsin, onu kimi xox gələnləri çox görmüşəm. Deyəsən, “otxod” məsələsi də bunlara dərs olmayıb”-deyə, o, sonra əlavə edib.
Gununsesi.info