Fəzail Ağamalıdan təklif: “AĞDABAN FACİƏSİ QƏRAR LAYİHƏSİNƏ DAXİL EDİLSİN"

  • By admin
  • 24 Fevral 2017 13:27

fezail

Millət vəkili Fəzail Ağamalı Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı müzakirələrdə çıxışı zamanı qəbul edilməsi nəzərdə tutulan qərar layihəsinə Kəlbəcər rayonunun Ağdaban kəndində törədilmiş faciənin də salınmasını təklifi edib. 

Gununsesi.info məlumat verir ki, millət vəkili bildirib ki, 1992-ci ildə Xocalı faciəsindən az sonra törədilmiş Ağdaban façiəsi öz dəhşətlərinə və miqyasına görə, sözügedən soyqırımından geri qlımır.

“Ağdabanda da ermənilər tərəfindən törədilən faciə Xocalı soyqırımı qədər dəhşətli faciədir. Ona görə də təklif edirəm ki, qərar layihəsinə Ağdaban faiəsi də salınsın. Bundan başqa, Barxudarlı, Sofulu, Bağanis Ayrım kəndlərində törədilən facilər də  qərar layihəsinə əlavə edilsin”.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info