“Kimdir bizim sözümüzə baxan?!”

  • By admin
  • 11 Aprel 2017 12:37

fezail

Milli Məclisin (MM)  Regional məsələlər komitəsinin aprelin 11-də keçirilən iclasında adıçəkilən komitənin sədri Arif Rəhimzadə ilə deputat Fəzail İbrahimli arasında mübahisə yaranıb.

Gununsesi.info APA-ya istinadən məlumat verir ki, iclasda Azərbaycanda bələdiyyələrin yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məlumatları dövlət reyestrindən ödənişsiz əldə edə bilmələri ilə bağlı məsələ müzakirə edilib.

Müzakirə zamanı millət vəkilinin replikası komitə sədrinin iradına səbəb olub, nəticədə mübahisə yaranıb.

F. İbrahimli əvvəlcə A. Rəhimzadənin müzakirə olunan məsələni tələsik təqdim etdiyini deyib.

“Biz bura niyə yığışmışıq? Hər şey belə hazır gəlib və qəbul olunursa, o zaman bizim burda nəsə deməyimizin heç bir mənası yoxdur.

Biz deputatların dediyi onsuz da nəyi dəyişəcək ki? Kimdir bizim sözümüzə baxan?!”- deyə, o, sözlərinə əlavə edib.

Deputatın fikirləri ilə razılaşmayan A. Rəhimzadə isə F. İbrahimliyə irad tutub:

“Biz bura “ştamp vurmağa” yığışmamışıq. Fikirlərimiz lazımdır və onun üçün yığışmışıq”.

Komitə sədrinin sözünü kəsən F. İbrahimli yenidən hazırkı vəziyyətdə onların çıxışının əhəmiyyətsiz olduğunu bildirib:

“Onsuz da siz nə deyirsiniz, biz də “baş üstə” deyirik”.

A. Rəhimzadə də öz növbəsində deputatın replikasına narazılığını bildirərək, sözünü kəsib.

arif

Gununsesi.info