Fəzail İbrahimli seçkiyə gedirmi? - VİTSE-SPİKER DEYİR Kİ...

  • By admin
  • 08 İyul 2024 08:50

Vətəndaş Həmrəyliyi Partiyası 1 sentyabr- parlament seçkilərində iştirakla bağlı qərar verib. Artıq partiyanın namizədləri də müəyyənləşir. Kimin haradan namizəd olacağı isə sonda elan ediləcək”.

 

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin  vitse-spikeri Fəzail İbrahimli deyib.

Bununla belə Fəzail İbrahimli özünün namizəd olub-olmayacağı barədə suala birmənalı cavab verməyib.

Bir neçə gündən sonra VHP-nin bütün namizədlərinin adları cəmiyyətə açıqlanacaq. Önəmli olan partiyanın seçkiyə qatılmasıdır”.

Qeyd edək ki, bəzi məlumatlarda Fəzail İbrahimlinin də mandat almayacaq deputatların siyahısına düşdüyü deyilir.

Elmar

Gununsesi.info