Əvvəllər belə bir anlayış var idi ki, məmurlar nə edir etsin, heç kim onlara toxunmur. Ancaq xüsusilə son illər Azərbaycanda baş tutan məmur həbsləri bu anlayışı dağıdır.
Sonuncu dəfə belə “Məmur qalmaqalı” Ramiz Mehdiyevlə bağlı oldu.
Bundan əlavə, yaxın müddətlərdə həbs edilən icra başçıları da var.
Hətta Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 47 gün sonra işdən çıxarılan Elxan İbrahimov da bu siyahıya aiddir.
Maraqlıdır, Azərbaycanda fəaliyyəti və fəaliyyət müddətindən sonra həbs edilən hansı icra başçıları var, kimləri tanıyırıq?
Beləliklə, Gununsesi.info həbs edilən icra başçılarının siyahısını təqdim edir:
Musa Şəkiliyev – Qax rayon icra başçısı (2025-ci ildə saxlanılıb)
İslam Rzayev – Balakən rayon icra başçısı (2025-də korrupsiya əməliyyatı çərçivəsində saxlanılıb)
Bundan əlavə, əvvəllər həbs olunanlar da var.
Məsələn, İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev.
O cümlədən Biləsuvar rayonun sabiq icra başçısı Mahir Quliyev də bu siyahıya aiddir.
Neftçala rayon sabiq icra başçısı İsmayıl Vəliyev, Cəlilabad rayon sabiq icra başçısı Namiq Zeynalov, Şəmkir rayon sabiq icra başçısı Alimpaşa Məmmədov, Ağstafa rayon sabiq icra başçısı Nizaməddin Quliyev, Yevlax rayon sabiq icra başçısı Qoca Səmədov, Kürdəmir rayon sabiq icra başçısı Ceyhun Cəfərov da bu “siyahı”ya adını yazdıra bilib.
Adıçəkilən başçıların bəziləri hazırda vəfat edib.
Orxan
Gununsesi.info












