Fələstin dövlətinin yaradılması məsələsi BMT-də müzakirə ediləcək

  • Müəllif: admin
  • 14 Yanvar 2018 12:45

Fələstin Azadlıq Təşkilatı (FAT) İcraiyyə Komitəsi paytaxtı Şərqi Qüdsdə olmaqla Fələstin dövlətinin yaradılması məqsədi ilə BMT çərçivəsində beynəlxalq konfrans keçirməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə FAT-ın ötən axşam yaydığı bəyanatda deyilir.

FAT müstəqil Fələstin dövlətinin 1967-ci ildən əvvəl olan sərhədlərdə yaradılmasına ümid edilir.

Bundan başqa, konfransın işində Fələstin qaçqınlarının problemlərinin həlli variantları, İsrail həbsxanalarında fələstinli məhbusların vəziyyəti və BMT qətnamələrinə uyğunluluq müzakirə ediləcək.

Gununsesi.info