Fələstində də zəlzələ oldu

  • By admin
  • 08 Fevral 2023 09:54

Fələstində zəlzələ hadisəsi baş verib.

Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təbiət hadisəsi Nablus şəhərinin 13 kilometr şimalında olub.

Rixter şkalası ilə 4.8 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 10 kilometr dərinliyində yerləşib. Bildirilib ki, zəlzələ Nablusla yanaşı, Qüds (Yerusəlim) və Ramallahda da hiss olunub.

Dağıntı və insan tələfatı ilə bağlı hələlik heç bir məlumat verilməyib.

Gununsesi.info