Fələstində toqquşmalar baş verib - YÜZLƏRLƏ İNSAN YARALANIB

  • By admin
  • 08 Dekabr 2017 21:52

İordan çayının Qərb sahilində və Qəzza bölgəsində ABŞ-ın Qüdsü İsrailin paytaxt kimi tanıması qərarına etiraz olaraq keçirilən aksiyalarda 100-dən çox adam yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu gün cümə namazından sonra Fələstinin bir neçə şəhərində etiraz aksiyaları başlayıb.

Qeyd olunur ki, aksiyalar polis qüvvələri ilə toqquşmaya çevrilib.

Toqquşmalar zamanı Qərb sahilində 95, Qəzza bölgəsində 15 nəfər yaralanıb.

Bölgədə etiraz aksiyaları davam edir.

Gununsesi.info