“Fənərbaxça”ya yeni baş məşqçi təyin edildi

  • By admin
  • 22 İyun 2018 13:22

“Fənərbaxça”ya yeni baş məşqçi təyin edildi

 “Fənərbaxça” futbol klubunun yeni baş məşqçisinin adı məlum olub.

Gununsesi.info xəbər verir ki, Hollandiyanın “PSV” klubunun baş məşqçisi Koku ilə 3 illik müqavilə imzalanıb. “PSV” isə Filip Koku ilə yollarını ayırdığını bu gün keçirəcəyi mətbuat konfransında açıqlayacaq.

Türk mətbuatının xəbərinə əsasən, klub 47 yaşlı məşqçi ilə 3 illik müqavilə imzalayıb.

 Qeyd edək ki, Filip Koku Avropada uğurlu baş məşqçi kimi tanınır.