Fərəc Kərimli müharibədən yazdı - FOTO

  • By admin
  • 28 Dekabr 2020 10:57

Müsavat başqanının müharibəyə yollanan müavini Fərəc Kərimli təsürratlarını yazıb.

Gununsesi.info həmin qeydləri təqdim edir:

Salam dostlar!
Döyüş tapşırığımızı uğurla yerinə yetirib hərbi hissəmizə geri dönürük. Azərbaycan xalqını Vətən Müharibəsindəki döyüşlərdə düşmən üzərində qazandığımız qələbə münasiti ilə təbrik edirəm!

Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və veteranlarımıza can sağlığı arzulayıram.

Xüsusi Təyinatlı Qoşunlarımızın heyətinə də xüsusilə minnətdarlığımı bildirirəm. Onların hər biri mənim üçün Milli Qəhrəmandır.

Vətən Müharibəsində Azərbaycan ordusunun zabiti kimi iştirak etmək mənim üçün şərəf idi. Fizulidən Şuşaya qədər olan döyüşlərdə təvəzökarlıqdan uzaq olsa da fəxrlə deyə bilərəm ki, döyüş tapşırıqlarını yerinə yetirərkən verdiyim tapşırıqlardan – əmrlərdən düşmən qarşısında itki vermədik. Bunu da döyüş yoldaşlarım və yuxarı komandanlıq yüksək qiymətləndirib.

Vətən müharibəsi zamanı mənə və döyüşçülərimizə dua edən, ürəyi bizlərlə birlikdə olan, ailəmə çətin günlərdə dəstək olan hər kəsə təşəkkür edirəm.

Bu arada ermənilərin mənim döyüşlərdə öldürülməyim barədə yaydıqları xəbərlər haqda onu da deyim ki, Mark Tvenin sözü olmasın: “Ölümüm haqda xəbərlər bir qədər şişirdilib” .

Günay Təhməzova
Gununsesi.info