Fərhad Əliyevlə evli olan Safura üstündə sərvət daşıyır - FOTO

  • By admin
  • 10 Sentyabr 2019 14:28

“Eurovision 2010” mahnı müsabiqəsinin iştirakçısı, keçmiş müğənni Safura Əlizadə brend məhsullara üstünlük verən tanınmışlardandır. Gununsesi.org “Qafqazinfo”ya istinadən  xəbər verir ki, iş adamı Fərhad Əliyevlə evli olan Safuranın instaqramda paylaşdığı son  geyim dəsti ilə diqqət çəkib.  

Üç uşaq anası olan eks-sənətçi kənardan sadə görünən obrazını yaratmaq üçün xeyli pul xərcləyib. Belə ki, onun “Balenciaga”da olan çantası 884 dollar (1502 AZN), “Dior”da olan ayaqqabısı 755 dollardır ( 1283 manat).

“Kim haradan geyinir” səhifəsi yazır ki, Safuranın qolbağları “Messika Paris” markasının məhsuludur, qiyməti 2977 $, təxminən 5060 AZN-dir.

Bundan əlavə, Əlizadənin boyunbağısı (2095 dollar, təxminən 3565 manat) dünyaca məşhur “Chopard” şirkəti tərəfindən istehsal olunub.