Fərhad Atayev azadlıqda - MƏHKƏMƏ MTN ZABİTİNƏ 3 İL SINAQ MÜDDƏTİ VERDİ

  • By admin
  • 23 Aprel 2018 15:50

İki ilə yaxındır ki, “MTN İşi” ilə bağlı həbsdə olan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərindən biri olan Fərhad Atayev azadlğa buraxılıb.

Gununsesi.info-nun xəbərinə görə, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri – general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclasında yekun qərar elan olunub.

Məhkəmənin qərarı ilə Fərhad Atayev 3 il sınaq müddəti olmaqla azadlığa buraxılıb.

Gununsesi.info