Fərid Qayıbov MOK-un vitse-prezidenti, Azər Əliyev isə baş katibi oldu

  • By admin
  • 16 Dekabr 2021 13:45

Bu gün Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin yeni tərkibdə ilk  iclası keçirilib. 

Milli Olimpiya Komitəsinin Mətbuat xidmətindən sayta verilən məlumata görə, iclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə,  Fərid Qayıbov və Zemfira Meftaxetdinova MOK-un vitse-prezidentləri seçiliblər.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev idi.

Gununsesi.info