“Fətullah”la “Gülən”in atası valilikdən uzaqlaşdırılıdı

  • By admin
  • 22 İyun 2017 20:01

tokat_valisi_cevdet_can_in_cocuklarinin_birinin_adi_fetullah_digerinin_gulen_h30457_17cd7

Türkiyənin bir sıra bölgələrinin valililəri ya bir-biri ilə əvəzlənib, ya da mərkəzə-geriyə çağırılıb-sərəncama göndərilib.

Gununsesi.info-nun xəbərinə görə, mərkəzə çağırılan-sərəncama göndərilən valilər arasında daha çox 3 valinin ismi diqqət çəkib.

Bunlar Sakarya valisi, bir sıra qalmaqalları ilə tanınan Hüseyin Avni Çoş, Samsun valisi- TRT-nin keçmiş genəl başqanı İbrahim Şahin və Tokat valisi Cövdət Candır.

Qeyd edək ki, Tokat valisi də  övladlarına Fətullah Gülənin şərəfinə “Fətullah” və “Gülən” isimləri verməsi ilə daha çox gündəmə gəlib.

O, bunu həmin adların dini adlar olması səbəbilə övladlarına qoyduğunu desə də, əksəriyyət bunun kökündə Fətullah Gülənə olan simpatiyanın dayandığı iddia edir.

Onu da qeyd edək ki, valilərin bir-biri ilə əvəzlənməsi və ya geri çağırılması “Valillər Qərarnaməsi” ilə reallaşdırılıb.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info