Fəzail Ağamalı: “ANS-in nöqsan və səhvlər varsa, aradan qaldırıla bilər”

  • By admin
  • 03 Sentyabr 2016 13:40

fazail

ANS telekanalının qapadılmasından 46 gün keçsə də,  hələ də cəmiyyətdə bu mövzu  birmənalı qarşılanmır. ANS kanalı ilə bağlı son məhkəmə prosesində telekanal rəhbərliyi bu addımı həm də Azərbaycanın 25 illik tarixinə vurulan zərbə kimi qiymətləndirib. ANS rəhbərliyi məhkəmədəki çıxışlarnda vurğulayıblar ki, ANS-in  I Qarabağ Müharibəsi dövründə, eləcə də Xocalıda baş verən  soqyqrımla bağlı foto-video faktları dünyaya çatdırması, Qarabağ müharibəsindən sonrakı fəaliyyəti, habelə, milyonlarla vətəndaşın etimad göstərdiyi bir telekanal olmasını nəzərə alıb, onun qapatmamaq mümkün idi.

Bəs görəsən, iqtidar düşərgəsini təmsil edən millət vəkilləri 25 illik tarixi olan müstəqil bir telekanalın bağlanmasını necə qiymətləndirirlər?

Gununsesi.info Ana Vətən Partiyasınını sədri, millət vəkili Fəzail Ağamalının mövzu ətrafında fikirlərini öyrənib. Millət vəkili  bildirib ki, ANS telekanalı fəaliyyətə başladığı gündən vətənpərvərlik xəttini tutub və ona sadiq qalıb: “ANS kanalı dövlətçiliyimizin mövqeyində ciddi şəkildə hər zaman dayanan KİV-lərdəndir. ANS-in çoxsaylı, milyonlarla izləyicisi var. Çox təəssüf edirəm ki, belə vətənpərvər kanal bağlanıb. Təbii,  bir tamaşaçı kimi, ANS kanalının yenidən fəaliyyətə başlamasını arzu edirəm. Əgər onların buraxmış olduğu nöqsanlar və səhvlər varsa, əbəttə, bunlar düzəldilə və aradan qaldırıla bilər. Məncə, dediyim faktorları  aradan qaldırmaq mümkündür. ANS kanalının yenidən efirə çıxması, düşünürəm ki,   Azərbaycan vətəndaşları kimi, həm də mənim istəyimdir. Ümid edirəm ki, ANS kimi bir kanalın Azərbaycan və dövlətçiliyin uğurnda göstərdikləri xidmət nəzərə alınacaq”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info