“Facebook səhifəmi mən idarə etmirəm” - FƏZAİL AĞAMALI YARDIM ETDİYİ AİLƏNİN FOTOSUNUN PAYLAŞIILMASINDAN DANIŞDI

  • By admin
  • 31 May 2022 17:24

“Mən hazırda xaricdəyəm. Facebook səhifəmi də özüm idarə etmirəm. Mən də hesab edirəm ki, bu fotonun sosial şəbəkədə yayılması doğru hal deyil”.

 

Bunu Gununsesi.info-ya açıqlamasında AVP sədri, deputat Fəzail Ağamalı Salyanda ərzaq yardımı etdiyi ailənin fotosunu sosial şəbəkə hesabında yaymasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, Fəzail Ağamalının sosial şəbəkə hesabında “Salyan rayonu Həsənli kənd sakini çoxuşaqlı, aztəminatlı Süleymanova Sevincin ailəsini köməkçim Xidmət Orucov ərzaq yardımı ilə ziyarət etdi” başlıqlı foto paylaşıb.

Ancaq deputat deyir ki, bu səhifə onun olsa da Həcər adlı köməkçisi işlədir:”Ola bilsin ki, xoş niyyətimizi ifadə edib. Amma bunu doğru saymıram. Mən o paylaşımı sildirəcəm”.

Gununsesi.info