Fəzail Ağamalı vəzifəyə getmək şansından danışdı - ...BUNA HEÇ KƏSİN ŞÜBHƏSİ OLMASIN

  • By admin
  • 21 May 2018 09:20

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı hökumət strukturlarında dəyişiklik getdiyi bir məqamda özünün də vəzifəyə getmək ehtimallından danışıb.

Gununsesi.info-nun xəbərinə görə, “Yeni Müsavat” qəzetinə müsahibəsində AVP lideri bildirib ki, özünü dövlətin əsgəri hesab edir və istənilən tapşırığa əml ermək əzmindədir: “Həqiqətən, bunu çox səmimi şəkildə etiraf edirəm ki, bu gün dövlətin, çox sevdiyim, pərəstiş etdiyim cənab prezidentimizin istənilən tapşırıqlarına, mənə həvalə etmiş olduğu bütün istiqamətlərə varlığımla, bir əsgər kimi hazıram, buna heç kəsin şübhəsi olmasın. Çünki mən bütün ruhumla, varlığımla ulu öndərimiz Heydər Əliyevin ideyalarına, onun dövlətçilik prinsiplərinə və prezidentimizə çox bağlı bir insanam. Bu, birmənalıdır. Ancaq açığını deyim ki, mən bu haqda düşünməmişəm. Ağlıma da gəlməyib ki, hansısa mərhələdə hansısa vəzifəyə gedə bilərəm, yaxud hansısa vəzifəyə irəli çəkilməliyəm, icra strukturlarında işləməliyəm. İndi mən sual edirəm, məgər bu gün mən dövlətçiliyə Milli Məclis səviyyəsində xidmət etmirəmmi, bu da ciddi bir vəzifə deyilmi? Və müstəqil olaraq, dövlətimizi sevərək, prezidentimizə, onun söykənmiş olduğu dəyərlərə sədaqətlə xidmət edərək millətimin yanındayamsa və çatışmazlıqları yeri gəldikcə önə çəkirəmsə, söylədiyim fikirlərimdə kifayət qədər səmimiyəmsə, qərəzdən uzağamsa, məgər bu gün cəmiyyətdə bu xidmətlərə ehtiyac yoxdurmu? Düşünürəm ki, kifayət qədər ehtiyac var. Ona görə də bu gün millət vəkili kimi mən fəaliyyətimi çox yüksək qiymətləndirirəm. Minnətdaram ki, xalqımız  mənə etimad göstərib, beş dəfə məni Milli Məclisə deputat seçib. Minnətdaram ki, atmış olduğum addımlar, göstərdiyim fəaliyyət cənab prezident tərəfindən yüksək qiymətləndirilib, mənə “Şöhrət” ordeni verilib”.