F-35-lərin ən böyük riski… – General açıqladı

  • By admin
  • 20 Noyabr 2021 16:39

F-35 qırıcılarının qəzaya uğramasının səbəbi təkmühərrikli olmasıdır.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu istefada olan türk generalı Ərdoğan Qaraquş İngiltərəyə məxsus F-35-in qəzaya uğraması barədə danışarkən deyib.

O bildirib ki, ABŞ-da bir il ərzində 22 ədəd F-16 pilotların səhvi nəticəsində qəzaya uğrayıb:

“ABŞ daha çox dəyər verdiyi F-15 və F-22 kimi qırıcılarını itirməmək üçün iki mühərrikli formada istehsal edir. Çox sayda istehsal edilən və nisbətən ucuz olan F-35 və F-16-lar isə təkmühərriklidir. F-35 kimi təkmühərrikli təyyarələrdə ən böyük təhlükə mühərrik nasazlığı, dayanması və yanmasıdır. Bu ehtimallar iki mühərrikli təyyarələrdə daha azdır”.

Gununsesi.info