“F-35-lərin tədarükü ilə bağlı görüşün Vaşinqtonda baş tutması ehtimalı var” - AKAR

  • By admin
  • 03 Yanvar 2022 23:36

“Türkiyə və ABŞ bu ilin əvvəlində Vaşinqtonda keçiriləcək görüşdə F-35 problemini müzakirə edəcək”.

Gununsesi.info-nun məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Hüriyyet” qəzetinə açıqlamasında bəyan edib.

“F-35 məsələsinə gəlincə, oktyabrda ABŞ nümayəndə heyəti bu məsələ ilə bağlı Türkiyəyə gəlib. Nümayəndə heyətimiz ilin əvvəlində bu məsələni yenidən müzakirə edəcək. Bu görüşün Vaşinqtonda baş tutması ehtimalı var”, deyə H.Akar vurğulayıb.

Nazir ABŞ tərəfinə mövqelərini açıq şəkildə bildirdiklərini deyərək, nəticə gözlədiklərini bildirib.

 

 

Gununsesi.info