Fabrikdə dəhşətli yanğın - 8 ÖLÜ, 25 YARALI

  • By admin
  • 25 Sentyabr 2017 07:50

yangin_37465656

Gununsesi.info xəbər verir ki, Hindistanın Carkxand ştatında fişəng istehsal edən fabrikdə güclü yanğın baş verib.

Kumardubi yaşayış məntəqəsində qeydə alınan hadisə nəticəsində azı 8 nəfər ölüb, 25 nəfər xəsarət alıb. Hazırda hadisə yerində 6 yanğınsöndürən briqada çalışır. Yanğının səbəbləri və dəymiş ziyanın miqdarı hələ ki, məlum deyil.

Gununsesi.info