Fabrikdə dəhşətli yanğın - FOTO

  • By admin
  • 21 Noyabr 2016 10:26

fabrik
Türkiyənin İzmir şəhərində fabrikdə yanğın baş verib.
Gununsesi.info-nun “Star” qəzetinə istinadən xəbər verir ki, hadisə İzmirin Seferihisar rayonunda fəaliyyət köstərən bir naringi fabrikində baş verib. Olay yerinə onlarla yanğınsöndürən maşın cəlb olunub. Hazırda yanğının baş vermə səbəbləri hələ ki, bilinmir.
Hadisənin baş verdiyi əraziyə təhlükəsizlik məqsədi ilə polis və təcili tibbi yardım maşınları da cəlb olunub.
Yaralıların olub-olmadığı barədə məlmat verilməyib. Yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Hadisəylə bağlı araşdırma başladılıb.
Anar
Gununsesi.info