
Çində bir fabrikdə yanğın qeydə alınıb.
Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən xəbər verir ki, ölkənin şərqində, Şangdong əyalətinin Hayyang şəhərində, elektron məhsulları istehsal edilən fabrikdə güclü yanğın baş verib.
Əraziyə xeyli sayda yanğınsöndürən və təcili yardım əməkdaşları göndərilib.
Yanğın zamanı 5 nəfər həyatını itirib 4 nəfər isə yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Hazırda yanğının səbəbi müəyyənləşdirilməyib.
Anar
Gununsesi.info