Sizin mesajlarınızı oxuyurlar - "FACEBOOK"DA NÖVBƏTİ QALMAQAL

  • By admin
  • 10 Aprel 2018 08:50

Facebook-un onsuz da yaxşı olmayan vəziyyətini şirkət əməkdaşları korlaya bilərlər. Belə ki, onlardan bəziləri etiraf ediblər ki, müəyyən vaxtlarda onlar istifadəçilərin ismarıclarını oxuyurlar. Messenger tətbiqi və ya veb vasitəsilə göndərilən bütün ismarıclar bot vasitəsilə skan olunur. Həmin bot ismarıcların daxilindəki məlumatları sosial şəbəkənin qaydalarına uyub-uymadığını yoxlayır və bundan sonra həmin ismarıcların göndərilməsinə icazə verir.

Gununsesi.info technote.az-a istinadən bildirir ki, əgər bot hansısa ismarıcın təhlükə mənbəyi kimi olduğunu sezərsə həmin ismarıc avtomatik olaraq Facebook moderatorlarının əlinə keçir və ismarışın sonrakı aqibətinə onlar qərar verirlər. “Biz bunu sosial şəbəkədə və ya Messenger-də yolerilməz davranışların qarşısını almaq üçün edirik” – deyə Facebook əməkdaşlarından biri qeyd edib.

Bununla yanaşı Facebook Messenger tərtibatçıları qeyd edirlər ki, çatlarda olan insanlar arasındakı söhbətlər tamamilə konfidensial olaraq qalır və onlardan heç bir zaman reklam məqsədli istifadə olunmur. Buna baxmayaraq qeyd etmək lazımdır ki, Messenger digər platformalar kimi ismarıcları şifrələmir. Beləliklə bu hal Messenger-i daha az güvənli edir. Bir çox insanlar üçün Facebook-un böyük kütləsinə görə ondan imtina etmək çətin gəlir. Lakin belə etiraflardan sonra bu sosial şəbəkədən qaçmaq arzusu yaranır.

Gununsesi.info