Braziliya məhkəməsi “Facebook” şirkətini 33 milyon dollar cərimələyib.
Gununsesi.info xəbər verir ki, şirkətin cərimələnməsinə ölkə hakimiyyəti ilə korrupsiya ilə bağlı işin araşdırılmasında əməkdaşlıq etməməsi səbəb olub.
Məlumata əsasən, 2016-cı ildə şirkət korrupsiya işinə cəlb edilən insanların “WhatsApp” messenceri ilə danışıqlarını məhkəməyə təqdim etməyib.
Qeyd edək ki, “WhatsApp Inc.” 2014-cü ilin fevral ayından “Facebook”a məxsusdur.