Facebook sosial şəbəkəsinin şəxsi məlumatları “Cambridge Analytica” şirkətinə ötürülən istifadəçilərinin sayı 87 milyona çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkənin mətbuat xidməti məlumat yayıb.
“Bizim ehtimallara görə, əsasən ABŞ-dan olan 87 milyon istifadəçinin şəxsi məlumatları səhvən “Cambridge Analytica” şirkətinə ötürülüb”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, daha öncə 50 milyon istifadəçinin məlumatlarının ötürülməsi barədə xəbər verilib.
Qeyd edək ki, Facebook təsisçisi Mark Zukerberq aprelin 11-də ABŞ Konqresində məsələ ilə əlaqədar keçiriləcək dinləmələrdə iştirak edəcək.
Gununsesi.info