“Facebook”da tətbiq olunan yeniliklə istifadəçilər mobil tətbiq üzərindən öncəki günlərdə hansı linklərə daxil olduqlarını görə bilirlər.
Gununsesi.info xarici mediaya istinadən xəbərinə görə, “Facebook” sosial şəbəkəsi üzərindən müxtəlif linklərə keçid edən istifadəçilər 30 gün ərzində bu linklərin tarixçələrini əldə edə bilirlər. Bununla da onlar bir neçə gün öncə hansı linklərə daxil olduqlarını izləyə və yenidən həmin linklərə keçid edə bilirlər.
“Facebook”un sahibi olan “Meta” şirkəti bu məlumatların toplanmasının səbəbini izah edərək bildirib ki, bəzən istifadəçilər müəyyən zəruri məlumatları hansı linkdən əldə etdiklərini unudurlar. Belə olan halda bu yenilik, yəni link tarixçəsinin olması istifadəçilərin rahatlığını təmin edəcək.
Qeyd edək ki, artıq mobil tətbiq üzərindən bu yenilikdən yararlamnmaq mümkündür.
Gununsesi.info