“Facebook” istifadəçilərin biometrik məlumatlarının icazəsiz toplanmasında ittiham olunur

  • By admin
  • 13 Avqust 2020 20:12

“Facebook” şirkəti 100 milyondan çox istifadəçinin biometrik məlumatlarının icazəsiz toplanmasında ittiham olunur.

Gununsesi.info-nun məlumatına görə, bununla əlaqədar ABŞ-ın İllinoys ştat məhkəməsinə kollektiv iddia ünvanlanıb.

İddiada qeyd olunur ki, “Facebook”a məxsus olan “Instagram” sosial şəbəkəsində insanların üzünü tanıya bilən funskiya var. Bu funksiya vasitəsilə “üz şablonu” yaradılır və bu, sosial şəbəkənin məlumat bazasında saxlanılır.

İllinoys ştatının qanunvericiliyinə əsasən, bu cür qayda pozuntusu 5 min dollaradək cərimə ilə cəzalandırılır. Bu iddia təsdiq olunarsa, “Facebook” 500 milyard dollaradək cərimə ödəyə bilər.

 

 

Gununsesi.info