“Facebook” Londonda öz mənzil-qərargahını açacaq

  • By admin
  • 21 Noyabr 2016 22:27

Facebook founder and CEO Mark Zuckerberg poses at Facebook headquarters in Palo Alto, Calif., Feb. 5, 2007. In an about-face following a torrent of online protests, Facebook is backing off a change in its user policies while it figures how best to resolve questions like who controls the information shared on the social networking site. (AP Photo/Paul Sakuma)

Dünyada ən iri sosial şəbəkəsi olan “Facebook” Londonda öz mənzil-qərargahını açmağa və 500 yeni iş yeri yaratmaqla əməkdaşlarının ştatını 50 faiz artırmaq niyyətindədir.

Gununsesi.info “Ria.ru”ya istinadla xəbər verir ki, bu barədə şirkətin regional vitse-prezidenti Nikola Mendelson bildirib.

“Yeni qərargahın 2017-ci ildə açılışı nəzərdə tutulub. İşçilərinin ümumi sayı 1,5 min nəfər təşkil edəcəyi gözlənilir. Böyük Britaniya texnoloji şirkətlərin fəaliyyət göstərdiyi ən yaxşı yerlərdən biri olaraq qalır və bu, “Facebook” tarixinin mühüm hissəsidir”- deyə, N.Mendelson qeyd edib.

Əvvəllər “Google” şirkəti də Londonda mənzil-qərargahını açmaq planları barədə məlumat vermişdi. Bu təşəbbüs Böyük Britaniyanın paytaxtında 3 min iş yerinin yaranmasına gətirib çıxara bilər.

Gununsesi.info