“Facebook Messenger Lite” 100 milyon dəfə yüklənilib

  • By admin
  • 20 Dekabr 2017 17:04

Məhdud funksionallığa malik orijinal “Facebook Messenger”in yüngül versiyası olan “Facebook Messenger Lite” mobil proqramı “Google Play” mağazasından 100 milyon dəfədən çox yüklənilib.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, 2016-cı ilin payızında istifadəyə verilmiş mobil proqram 2017-ci ilin avqustunda artıq 50 milyon dəfə yüklənilmişdi. Beləliklə, növbəti 50 milyon yüklənmə üçün təxminən 4 ay vaxt lazım olub.

“Facebook Messenger Lite” mobil proqramı köhnə “Android” sistemli telefonlar və zəif sürətli mobil şəbəkələrə qoşulma zamanı nəzərdə tutulub.

İlk öncə mobil proqram inkişaf etməkdə olan bazarlar üçün nəzərdə tutulmuşdu, ancaq müəyyən müddətdən sonra ABŞ, Kanada və Böyük Britaniya kimi inkişaf etmiş ölkələrdə də əlçatan olub.

Hazırda “Facebook Messenger” istifadəçilərinin sayı 1 milyardı ötür. “Facebook Messenger” 2011-ci ildə istifadəyə verilib.

Gununsesi.info