
“Web Business Insider” saytı yazır ki, Facebook evdən kənarda olduğunuz vaxtlarda Wi-Fi bağlantısı qurmağınıza kömək edən proqram hazırlayıb.
Gununsesi.info xəbər verir ki, sosial şəbəkə bildirir ki, özünün “Wi-Fi tap” proqramını genişləndirmək ərəfəsindədir. Bundan əvvəl Facebook-un bu proqramına yalnız bir neçə ölkədə giriş mövcud idi.
İndi isə proqram bütün dünya boyunca, həm Android, həm də iOS istifadəçilərinin ixtiyarına veriləcək.
Gununsesi.info