“Facebook” şəhər qurur

  • By admin
  • 10 İyul 2017 15:34

5799a4300f254458cc471ccb

“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zükerberq şirkətin Silikon bölgəsində yerləşən mərkəzinin ətrafında 1500 mənzillik şəhərcik quracaqlarını açıqlayıb.

Onun sözlərinə görə, kiçik şəhərdə mənzillərlə yanaşı, ofis və mağazalar da fəaliyyət göstərəcək.

Məqsədinin ictimaiyyətə xidmət olduğunu vurğulayan 33 yaşlı Mark işçilərin xərcini azaltmaq və onların rahatlığını təmin etmək üçün bu addımı atdığını bildirib.

Həmin mənzillər təkcə şirkət işçilərinə deyil, digər vətəndaşlara da satılacaq. Mənzillərin satış qiyməti daha ucuz olacaq.

Gununsesi.info