“Facebook” və “Twitter” Trampa qadağa qoydu – MƏĞLUB PREZİDENTİN TƏXRİBATÇI NİYYƏTİ BAŞ TUTMADI

  • By admin
  • 07 Yanvar 2021 11:35

Xəbər verdiyimiz kimi dünən axşam Ağ Evin qarşısına toplaşan Tramp tərəfdarları onun çıxışını dinlədikdən sonra Kapitoliya yürüş edib.

 

Gununsesi.info ABŞ mediasına istinadən bildirir ki, Nümayəndələr Palatasının toplantısına müdaxilə edən insanlar və prezident seçkinin nəticələinin təsdiqi gözlənilən iclası pozub. Qarşıdurma nəticəsində 1 nəfər mülki vətəndaş ölmüş, həm mülki və həm də polislərdən bir neçə nəfər xəsarət almışdır.

 

Zorakılıqla müşahidə olunan etiraz aksiyasına görə dayandırılan iclas dünən gecə saat 8-də yenidən bərpa olunub. Nümayəndələr Palatasının və Senatın birgə müzakirəsi gecə yarısınadək davam edib. Tvitter prezident Trampın 3 tvitini silərək və onun istifadəsinə 12 saat qadağa qoyub. Facebook-da onun video müraciətinin yayımını dayandırmışdır.

 

Gununsesi.info